"Azərbaycan parlamenti kifayət qədər çoxpartiyalılıq sistemi əsasında demokratik seçki nəticəsində formalaşıb"

2020-ci ilin fevral ayında Azərbaycan Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilər nəticəsində xalqın iradəsini əks etdirən müasir parlament formalaşmışdır. Yeni Milli Məclis dəyişən, daha da inkişaf edən Azərbaycana yeni ruhlu, ölkədəki dəyişikliklərə vaxtında, məqamında cavab verəcək bir ali qanunverici orqan kimi demoratiyanın təntənəsi idi. Ədalətli və demokratik mühitdə keçirilmiş seçkilərdə kifayət qədər geniş tərkibdə müxalif partiyaları mandate qazandılar ki, onların hər biri xalqın etimadını qazanaraq bu mandata sahib olublar. Bunun da nəticəsi olaraq parlamentin rəhbərliyi, komitə rəhbərləri-sədr və sədr müavinləri Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşdırıldı. Müxalifət təmsilçisi ilk dəfə parlament rəhbərliyində təmsil olundu. Bütün bunlar Azərbaycan Milli Məclisinin kifayət qədər çoxpartiyalılıq sistemi əsasında demokratik seçki nəticəsində formalaşmasını təsdiqləyir , Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Erkin Qədirlinin millət vəkillərinin demokratik yolla seçilmədiyi barədə fikirlərinə münasibət bildirərkən deyib.
A,Hüsenovun sözlərinə görə, yüksək rəqabət və demokrati mübarizə şəraitində keçən seçkiləri beynəlxalq müşahidəçilər və təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Xarici müşahidəçilər də qeyd ediblər ki, seçkilər ölkədə demokratiyanın inkişafı və hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru addım oldu, parlament seçkiləri Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır.
A.Hüseynov qeyd edib ki, özünü müxalifət nümayəndəsi hesab edən Erkin Qədirli əgər demiokratik seçki olmasaydı parlamentə necə düşə bilərdi?” Onun Milli Məclisdə təmsil olunması özü demokratiyanın göstəricisidir. Əgər Erkin Qədirli Milli Məclisə demokratik yolla seçilməyibsə, onda parlamentin kürsüsündə niyə əyləşir, niyə hər ay deputat maaşı alır və millət vəkilinin nişanını gəzdirir. Bu, onun sinəsinə taxdığı millət deputat nişanlına qarşı hörmətsizlikdir. Erkin Qədirli bu fikri ilə guya səmimi deputat imici yaratmaq istəyib, ancaq o bu hərəkətləri ilə özünü qeyri-səmimiolduğunu göstərir. Hazırkı deputatların necə seçildiyini öyrənmək üçün Erkin Qədirli kimi cəfəngiyyat və boşboğazlıqla məşğul olanların fikirlərinə yox, həmin millət vəkillərinin seçildiyi dairələrin seçiciləri ilə görüşərək onların fikirlərini öyrənmək daha yaxşı olardı. Onda seçicilərin fikirləri əsasında parlamentə mandat qazanmış şəxslərin hər səsinin arxasında xalqın dayandığını görmək mümkündür.
Millət vəkili bildirib ki, hazırda “Siyasi Partiyalar haqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, müxalifətin seçkili orqanlarda daha geniş şəkiləd təmsil olunması üçün münbir şərtait təmin edilib.