Azərbaycanda 1 924 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 924 yeni yoluxma faktı qeydə alınıb, 1 873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7 709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.