“Azərişıq”ın vəzifəli şəxsi ailəsi ilə qəzaya düşdü - ÖLƏN VAR + YENİLƏNİB

Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri - həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qadın xəstəxanada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

09:20

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

Sabahinfo.az xəbər verir ki, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən noyabrın 17-si saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.