"Biz çalışırıq ki, münaqişə olmasın"

"Bu gün dünya miqrasiya, urbanizasiya, bəzi ölkələrdə əhalinin sürətlə qocalması, digərlərində isə gənclərin işsiz qalması kimi problemlərə üzləşib”

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bildirib.

Birinci xanım qeyd edib ki, bəzi ölkələrdə insanların sosial adaptasiyası fərqli yanaşmaları və həll yollarını tələb edir: "Azərbaycan tarixi ölkə olmaqla yanaşı, həm də BMT-nin ən gənc üzvlərindən biridir. 20-ci əsrin əvvəllərində itirilmiş müstəlliyini bərpa etdikdən sonra Azərbaycan 1992-ci ilin martın 2-də BMT-nin tamhüquqlu üzvünə çevrilib. Biz 25 illik dövlət qurulucuğu prosesini keçdik. Bu gün Azərbaycanda gördüyünüz əksər işlərin böyük hissəsi məhz bu dövrdə görülüb. Azərbaycan olduqca açıq ölkədir və bizim sosial iqtisadi sahədə olan göstəricilərimiz hamıya məlumdur. Biz iqtisadiyyatımızda gözə çarpan nəticələrə nail olduq”.



M.Əliyev vurğulayıb ki, Azərbaycanda elm, təhsil, mədəniyyət sahələrində islahatlar aparılıb:"Biz bütün bunları xalqımızın zəngin potensialına əsaslanaraq etmişik. Qeyd etmək lazımdır ki, bu irəliləyiş tariximizin bu dövründə xalqımızın üzləşdiyi böyük çətinliklərə baxmayaraq əldə olunub. Bərpa olunmuş müstəqillikdən irəli gələn yüksək əhval-ruhiyyə insan tələfatı və tarixi torpaqların işğalıından yaranan qəm-qüssə ilə əvəzləndi. Azərbaycan BMT-yə üzv olduğu zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq beş il idi ki, davam edirdi və bu, Azərbaycan torpaqlarının 20 faizinin işğalı və bir milyon qaçqın və məcburi koçkünün yaranması ilə nəticələndi”.

Birinci xanım çıxışı zamanı bildirib ki, torpaqlarımızın işğalı nəticəsində ölkəmizə xeyli ziyan dəyib, mədəniyyət abidələri dağıdılıb, şəhərlər yerlə-yeksan edilib.

"BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı dörd qətnamə qəbul edib Qaçqınların sosial rifahının təmin edilməsi məqsədilə, Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib. Amma nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atır. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər

azvision.az