Azərbaycanın xarici dövlət borcunun həcmi açıqlanıb

1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 7,448.7 milyon ABŞ dolları (11,486.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 21.0 faiz təşkil edib.

Sabahinfo.az  Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.