Milli Məclisin növbəti plenar iclası öz işinə başladı

Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Gündəliyə 9 məsələ daxil edilib.

Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Konstitusiya Qanunu, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi, Hesablama Palatasının hesabatı haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” sazişin təsdiq edilməsi haqqında, "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və "Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələridir.