Rusiya Qarabağa görə Türkiyəni ittiham etdi - VİDEO

`Türkiyənin Dağlıq Qarabağ üzrə bəyanatları münaqişənin nizamlanmasına yardım etmir, əksinə müharibəyə çağırışdır`.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirilən mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, Türkiyə rəhbərliyinin dilindən səslənən bu bəyanatlar qəbuledilməzdir. Çünki tərəflərə müharibə çağırışıdır. Bu, ATƏT-in Minsk qrupu həmsdərlərinin, beynəlxalq birliyin mövqeyinə kökündən ziddir”, – deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi, diplomatik yolla həll oluna bilər.