Türkiyədən növbəti Qarabağ açıqlaması

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.


Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyarət zamanı Y. Topçu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşüb. Görüşdə iki ölə arasında mövcud münasibətlər və xüsusəndə Dağlıq Qarabağda son baş verən gərginlik müzakirə edilib.

Türkiyə prezidentinin baş məsləhətçisi deyib ki, rəsmi Ankaranın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır:

"Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Azərbaycan və Türkiyə çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bunun ən gözəl nümunəsini Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son ziyarətində gördük. Hər iki dövlət başçısının qucaqlaşması dosta və düşmənə verilən önəmli mesajdır” .

Türkiyə prezidentinin müşaviri Yalçın Topçunun ziyarətindən məmnun olduğunu bildirən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə Respublikasına və prezidentinə Azərbaycanın haqlı mübarizəsində verdiyi dəstəyə görə təşəkkür edib. O, əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın dünyada başqa nümunəsi yoxdur.