Vəhdət Partiyasının Qaradağ Rayon Təşkilatının bərpa konfransı keçirilib

Vəhdət Partiyasının Qaradağ Rayon Təşkilatının bərpa konfransı keçirilib.

Sabahinfo.az xəbər verir ki, konfransda Partiya rəhbərliyindən birinci müavin Əbdülvahab Manafov, MNTK sədri Etibar Səmədov iştirak edib. Konfransın daxilində məhəlli təşkilatlarından seçilmiş 25 nəfər nümayəndə iştirak edib. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Taleh Kərimli geniş hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, bərpa komitəsinə 30 nəfər müraciət edib. Təşkilatı məsələlərin müzakirəsi zamanı Rayon Təşkilatına 5 nəfər Məclis üzvü, 3 nəfər NTK üzvü və Partiya Qurultayına 3 nəfər nümayəndə seçilib. Həmçinin Rayon Təşkilatına Taleh Kərimli sədr və Partiya Baş Məclisinə Seyran Şakiroğlu üzv seçilib.