15 yaşlı yeniyetmə üzə bilmədiyi üçün boğulub öldü - VİDEO

Bu gün günorta saatlarında Salyan şəhərində el arasında "Bala Kür" deyilən Akkuşa çayında 15 yaşlı oğlan batıb.

sabahinfo.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov çayın qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən üzməyi bacarmadığı üçün boğulub.

FHN-in dalğıç-xilasediciləri tərəfindən uşağın cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Hadisə yerinə sakinlərlə yanaşı Salyan RİH-in başçısı Sevindik Hətəmov başda olmaqla yerli dövlət orqanlarının rəhbərləri də gəlib.