"Baş verənlər milli təhlükəsizlik sistemini sarsıda bilməz”

"Baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz”.


Bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən son proseslərə münasibət bildirərkən deyib.


Z. Əsgərpov bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: "Amma ümumiyyətlə, milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.