"Fransada ölənlərin arasında azərbaycanlıların olub-olmaması araşdırılır"

Fransadakı Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur


"Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır". Bu barədəXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Fransadakı Azərbaycan vətəndaşlarına fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

lent.az