"Mehriban xanımın vitse-prezident təyin edilməsi mühüm hadisədir"

"Böyük ictimai nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühüm bir hadisədir”.

Bu fikirləriAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

A.Quliyev vurğulayıb ki, cənab Prezidentin bu qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən doğru qərardır: "Əminəm ki, biz hamımız Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq”.

azvision.az