Bakıda gecə klubunda KÜTLƏVİ DAVA

Nəsimi rayonunda yerləşən klubların birində kütləvi dava düşüb.

Sabahinfo.az xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən ərazidə baş verib.

Məkanda dörd qadın döyülərək xəsarət alıb.

Qadınlar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır./oxu.az