Bakıda kütləvi dava: Dostlar bıçaqlandılar

Bakının Nərimanov rayonunda kütləvi dava olub.

Sabahinfo.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunublar.

Fakt araşdırılır.(apa)