Bakıda qoyun oğrusu saxlanıldı

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Qala qəsəbəsində yaşayan F.Qurbanovun həyətindən 15 baş qoyunun oğurlanması barədə müraciət daxil olub. 

DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.