Başçı asfaltın qalınlığından heyrətə gəldi....

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov sözün həqiqi mənasında işləyir. Gah kartof yığır, gah iməcilik edir gah da rayon sakinlərinin dediyi kimi yağış yağdırır. Düzdür bizlər icra başçılarının bu kimi əməllərinə öyrəşməmişik. Bizim təxəyyülümüzdə olan icra başçısı isti kabinetdə oturmalı, qəbuluna gələn vətəndaşalrı saatlarla gözlətməlidir....

Sosial şəbəkədə Rafiq Cəlilovun rayonu təftiş edərkən maraqlı fotosu yayılıb. BaşçıCəlilabadda yeni çəkilən yolun keyfiyyəti ilə ciddi maraqlanıb. Hətta çəkilən asfaltın qalınlığı başçının marağına səbəb olub. 

Ədil Ədilzadə 
SABAHİNFO.AZ