ATƏT PA vitse-prezidenti: “Təhlükəsizliyimizə əsas təhdid terrorizm və radikalizmdir”

"Terrorizm və radikalizm təhlükəsizliyimizə əsas təhdiddir”.

Sabahinfo.az-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun qış sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələlər üzrə komitəsində çıxışı zamanı deyib.

Radikalizm meyllərinin güclənməsinin səbəblərinə toxunan A. Quliyev təhsilin aşağı səviyyədə olmasını, iqtisadi çətinlikləri və ayrı-ayrı qruplar tərəfindən müxtəlif millət nümayəndələrindən sui-istifadə hallarını sadalayıb. O bildirib ki, terrorizm və radikalizmə qarşı mübarizədə yeganə üsul özünə qapanmış vətəndaşların biliklərinin artırılmasıdır.

A. Quliyev qeyd edib ki, ATƏT PA çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dialoq bundan sonra sistematik şəkildə aparılmalıdır.