“Bavariya” Keyni 120 milyon avroya transfer edir

Almaniyanın “Bavariya” klubu Harri Keyni transfer etmək üçün İngiltərə “Tottenhem”i ilə razılığa gəlib.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər 120 milyon avroya anlaşıblar. 30 yaşlı forvard bu gün Münhen klubu üçün tibbi müayinədən keçəcək. İngiltərə millisinin üzvü “Bavariya” ilə dörd illik müqaviləni razılaşdırıb.

“Tottenhem”in yetirməsi olan Keyn ötən mövsüm bütün turnirlərdə 49 matçda 32 qol vurub, beş məhsuldar ötürmə edib.