Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il noyabrın 1-nə 6 290,9 mln. manat təşkil edib. 

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq iki aylıq azalmadan sonra artım göstərib. Belə ki, sentyabrda azalma 116,3 mln. manat və ya 1,8%, oktyabrda isə 132,1 mln.manat və ya 2,01% olub.

Oktyabr ayında artım isə əvvəlki ayla müqayisədə 96,9 mln. manat və ya 1,56% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 874,1 mln. manat və ya 16,14%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 296 mln. manat və ya 4,94% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) olub. Bu ilin noyabrın 1-də açıqlanan göstərici isə tarixi maksimal həddən 4 853,5 mln. manat və ya 43,55% aşağıdır.