Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından 51 mindən çox sərnişin daşınıb

Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1 957 reyslə 51 349 sərnişin daşınıb.

 

Bu barədə "APA-Economics"ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.

 

Ş.Mehmanqızının sözlərinə görə, ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub: "Dekabr ayının 30-da Bakı Beynəlxalq Avtovağzalında 608 reyslə 16 525 sərnişin daşınması həyata keçirilib”.