Böyük Britaniya Azərbaycanı “qismən təhlükəli” ölkə elan edib

Böyük Britaniya hökuməti səfər etməyin tamamilə təhlükəli və qismən təhlükəli olduğu ölkələrin siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, Azərbaycan "qismən təhlükəli" ölkələrin sırasına daxil edilib. Bu barədə Xarici Əlaqələr Ofisinin "Statista” portalı ilə birlikdə hazırladığı hesabatda deyilir. Hesabatda 18 dövlət səfər etməyin tamamilə təhlükəli olduğu, 45 dövlət isə səfər etməyin qismən təhlükəli olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna və İsrailin adı səfər etməyin qismən təhlükəli olduğu ölkələr sırasındadır. Səfər etməyin tamamilə təhlükəli olduğu ölkələr əsasən Afrika ölkələridir. Bu siyahıya Asiyadan Fələstin, Əfqanıstan, İraq, Yəmən də daxil edilib