Bəhruz Məhərrəmov Bəydilidə

Bu dəfəki səfərimdə Biləsuvarın ən qədim və köklü kəndlərindən Bəydiliyə getdik. Əvvəlcə kənd məzarlığında uyuyan şəhidlərimizin məzarını və seyid Mir Taha Ağanın məqbərəsini ziyarət etdik. Daha sonra kəndi gəzərək sakinlərlə söhbətləşdik. Prinsipcə kəndin problemləri əvvəlki görüşlərdən mənə bəlli idi. Ara küçələrdə yolların təmirə ehtiyacı var, içməli su problemi bu kəndin bir sıra məhəllələri üçün də aktualdır. Həmçinin, şəhid adının əbədiləşdirilməsi ilə bağlı təkliflər, işsizlik, veteran statusu, əlilliyin təyini ilə bağlı ilə şikayətlər aldıq. Bundan başqa, kənd məktəbinin qəzalı vəziyyəti ilə bağlı müraciətlər edildi, lakin, elan etdiyimiz kimi, tezliklə məktəbin əsaslı təmirinə başlanılacaq. Ünvanlanan digər məsələlər isə yaxın günlərdə tərəfimizdən araşdırılaraq aidiyyatı üzrə strukturlarla müzakirə ediləcək.