Əliyev, Putin və Ruhani Bakıda görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri yaxın zamanlarda təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar keçirməyi planlaşdırır.

Prezidentlərin görüşü Bakıda keçiriləcək.

İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani üçtərəfli görüşü barədə məlumat Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsindən sonra yayılıb.

Qeyd edək ki, ATƏT-in həmsədr ölkələrindən biri kimi Rusiya Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik edir.

Xatırladaq ki, ötən həftə Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran prezidentlərinin yaxın vaxtlarda görüşəcəyini bildirmişdi

Azvision.az