Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq - Mövlud Çavuşoğlu

Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

Nazir yazıb: "29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq".