Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb?

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O, bu gün səhər müvəkkili ilə təcridxanada görüşdüyünü qeyd edib:

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir. Təəssüf ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim”.

Xatırladaq ki, ötən gün saytımıza Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırması ilə bağlı məlumat daxil olmuş və həmin informasiya Penitensiar Xidmət tərəfindən təsdiqlənmişdi.