Beynəlxalq müstəvidə daha bir QƏLƏBƏ!

Xocalı faciəsi Azərbaycan tarixinə ən ağrılı, acılı terror hadisəsi kimi daxil olub. Hər il bu acının törətdiyi dərin faciəni, Xocalı qurbanlarının xatirəsi yad edilir. Faciənin dünya miqyasında tanıdılması ilə bağlı həyata keçirilən işlərin xronologiyası onu deməyə əsas verir ki, aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində artıq bir sıra ölkələrin parlament və siyasi arenalarında bu faciə ilə bağlı dolğun məlumat var. Ötən gün yerli və xarici media nümayəndələrinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının və Azərbaycanın haqlı mövqeyinin dünya ictimayyətinə tanıdılması istiqamətində inqilabi addım atdı. 35-dən artıq yerli və beynəlxalq jurnalistin suallarını 4 dildə cavablandıran dövlət başçısı bu müsahibə ilə bir sıra məqamlara aydınlıq gətirdi. Bu məqamlara keçməzdən öncə onu qeyd etmək yerinə düşər ki, indiyədək heç bir dövlət başçısının 4 saatdan çox jurnalistlərə müsahibə verməsi və ünvanlanan hər bir suala tarixi faktlarla, dəqiqliklə ,təmkinlə, dolğun cavab verdiyi heç yerdə görünməyib. Məlum məsələdir ki, bəzi jurnalistlərin qərəzli sualları, hansısa dairələrin məqsədinə xidmət edən yanaşmaları olur. Cənab Prezident bu və ya digər sualları əsl lider kimi cavablandırdı. Bu bir daha onu deməyə əsas verir ki,ölkə başçısı İlham Əliyev həm verdiyi vədləri ilə, həm həyata keçirdiyi siyasətlə həm də davranışları ilə əsl böyük sərkərdədir. Məhz buna görədir ki,Azərbaycan xalqı hər zaman öz liderinə arxalanır və onun siyasətini dəstəkləyir.

Müsahibədə cənab Prezident COVİD-19 pandemiyası ilə bağlı həyata keçirilən işlər və Azərbaycanın işğaldan azad olunan ərazilərdə atacağı addımlarla bağlı dolğun məlumat verdi. Cənab Prezidentin “Ukraina-24” telekanalının jurnalistinə verdiyi cavabdan aydın görünür ki, işğaldan azad olunan ərazilərimiz qısa zamanda cənnətə çevriləcək. Bu ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atılacaq. Erməni daşnaqlarının əraziləri minalaması görülən işlərə çətinlik yaratdığını bildirən dövlət başçısı ermənistanı qeyri-səmimilikdə günahlandırıb. Düşmən tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməli oldugu halda onlar belə bir addım atmayıb. Düzü onlardan belə hümanist addım gözləmək yersiz olsa da müharibə qanunlarına görə, erməni tərəfi bunu etməli idi...

Cənab prezident mühasibədə xüsusi bir məqama toxundu ki, bu da əxlaq və ümumbəşəri davranış normaları məsələsidir. Azərbacyan tərəfi istər 44 günlük müharibə zamanı istərsə də müharibədən keçən müddət ərzində hər zaman bu normalardan çıxış edib. 44 günlük müharibə zamanı düşmən Gəncə, Tərtər və digər sərhədyanı ərazilərdə olan mülki şəxslərə atəş açdı. Nəticədə işərisində uşaqlar da olmaqla neçə-neçə günahsız vətəndaşımız düşmən gülləsinin qurbanı oldu. Ancaq Azərbaycan tərəfi bu müharibə zamanı heç bir sivil erməniyə güllə atmadı. Əksinə onların təlsim olan vətəndaşlarına insani davranışlar göstərildi. Biz erməni qadın Aznif Baqadasyan və digər əsrlərlə davranışı göstərə bilərik.

Dövlət başçısı bu müsahibəsi ilə dünya ictimayyətinə ermənilərin vandal siyasəti barəsində də ətraflı məlumat verdi. Dövlət başçısı bütün işğaldan azad olunmuş ərazilərdə infrastruktur və evlərin dağıdıldığını bildirdi. Ermənilərin dini obyektləri murdarladığını bəyan etdi. Ermənilər Məscidlərimizdə donuz və digər heyvan saxlamaqla, məscidlərdən müharibə zamanı atəş oriyentiri kimi istifadə etməklə qeyri-insani davranışlarını ortaya qoyublar. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif dinin nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərir. Onların dini inanclarına heç kim heç nə demir. Ancaq ermənilərin Məscidlərimizə qarşı etdikləri hərəkətlərə yönəlik heç bir islam ölkəsi bir bəyanat verməyib. Əslində cənab Prezident bu mühasibəsi ilə İslam ölkələrinə səslənir ki, bu məsələyə münasibət bildirsinlər. Onsuzda Azərbaycan o Məscidləri daha yüksək səviyyədə bərpa edəcək. O Məscidlərdə Azan səsləri ucalır və bu səs davamlı olaraq oradan eşidiləcək. Yaxşı olar ki, indiki məqamda İslam ölkələr bu məsələdə həmrəylik nümayiş etdirsinlər.

Bu gün ən çox müzakirə mövzusu olan böyük qayıdış məsələsi barəsində suallara cavab verən cənab İlham Əliyev bu yöndə həyata keçirilən işlərdən danışıb. Dövlət başçısı bildirib ki, bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində həmin kəndlərdə təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Olduqca unikal layihə olan “ağıllı kənd” layihəsi həmin ərazilərdə olan insanların fəaliyyətini daha yüksək səviyyədə qurulmasına yardımçı olacaq.

Cənab Prezident xarici jurnalistlərə Azərbaycan-Türkiyə qardaşlığının sağlam təməllər üzərində dayandığını müsahibə zamanı bir daha sübut etdi. Jurnalistlərin Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı verdiyi suala cavabında dövlətimizin başçısı bu sərhədlərin bağlı qalmasının Azərbaycan-Türkiyə dostluq münasibətindən irəli gəldiyini, qardaşlıq rəmzi olduğunu bildirdi. Prezident İlham Əliyev eyni zamanda Türkiyə ilə bundan sonra da bütün sahədə olan əməkdaşlığın daha da dərinləşəcəyini bildirib. Hərbi əməkdaşlığın və Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılacağının anonsunu verən dövlət başçısı Azərbaycanın hərbi potensialının bundan sonra da artırılacağını bəyan edib. Təbii ki, dövlət başçısının belə bir açıqlama verməsi erməniləri qorxuya salmaya bilməz. Onlar artıq öz daxili işləri ilə məşğul olmaqla yanaşı dəmir yumruqdan qorxub bir daha bizim ərazilərimizə baxa bilməyəcəklər.

Dövlət başçısının: “Biz Xocalıya da qayıdacayıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, sünii əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar” deməklə bir daha erməni daşnaqlarına öz yerini göstərmiş oldu. Cənab Prezident bir daha Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını dünyaya bəyan etdi. Yaşa cənab Prezident. Biz sizinlə qürur duyuruq!


Dilarə Cəbrayılova

V çağırış Milli Məclisin deputatı