“Fitch”: - Azərbaycan neft bumundan ən çox gəlir əldə edib

İnkişaf edən ölkələrdə mərkəzləşdirilmiş məsrəflər ÜMD-nin beş faiz bəndi artıb.

Azərbaycan 2003-cü ildən başlayaraq xammalın qiymətlərinin artmasından ən çox gəlir əldə edən ölkələr siyahısına daxildir.

sabahinfo.az Trendə istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings” beynəlxalq reytin agentliyinin hesabatında deyilir.

"İqtisadi inkişafı, fiksal səmərəliliyi və ixracdan əldə edilən gəlir nəzərə alaraq, 2003-cü ildən Boliviya, Peru, Azərbaycan və Kot-d`İvuar xammal resurslarının qiymətlərinin bumundan faydalanıblar, bu zaman Bəhreyn, Qabon, Venesuela və Surinam – ən az gəlir əldə ediblər”, - hesabatda deyilir.

Agentliyin analitiklərinin məlumatına görə, inkişaf edən ixracatçı-ölkələrin fiksal gəlirləri 2013-cü ildən fərqli olaraq 2016-cı ildə 1,3 trilyon dollar az olacaq.

"Fitch” qeyd edir ki, inkişaf edən ölkələrdə mərkəzləşdirilmiş məsrəflər 2000-ci illərin ortalarından ÜMD-nin beş faiz bəndi artıb, amma  2012-ci ildən dəyişməyib.

Eyni zamanda iqtisadiyyatı xammal resurslarına əsaslanan inkişaf edən ölkələrin, gəlirlərinin  kəskin azalması ilə rastlaşmalarına baxmayaraq dövlət məsrəfləri ÜMD-nin iki faiz bəndi artıb.