İlham Əliyev: “Rusiyanın həll yolu konstruktivdir”

Azərbaycan Rusiyaya strateji tərəfdaş kimi baxır.

 

sabahinfo.az  RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

 

Prezidentin sözlərinə görə, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki yolu konstruktivdir:

 

"Bizim Rusiya ilə dostluq münasibətlərimiz olduqca möhkəmdir. Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti müsbət dəyərləndirilir”.

 

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Berlində səfərdədir.