Bir daha konsert verməyəcək

"Adama deyərlər, böyük-böyük konsertlər verincə? elə iki gündən bir yalançı mahnı yaz, pulunu qazan".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Söhbət var" verilişində deyib. O, bir daha konsert verməyəcəyini vurğulayıb:

"Nə edirsən o qədər pulu sənətə xərcləyib? Başını xarab edirsən. Moskvada verdiyim "Zəfər" konsertinin zülmü hələ də başımdan çıxmayıb. Hərdən deyirəm, jeton düşmür. Bu yaxınlarda düşdü, dedi ki, bəsdir daha. Bəsdir, konsertlər elədik, pulun gedir, heç "sağ ol" deyən də yoxdur. And içmişəm".