Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Milli Məclisinin növbəti iclasının tarixi açıqlanıb. Bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu qeyd edib ki, növbəti iclas aprelin 26-da keçiriləcək. O bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxildir.

"İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı, "Uşaq hüquqları haqqında” yeni qanun layihəsi, "Telekommunikasiya haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Polis haqqında”, "Cinayət işlərinə dair qarşılıqlı hüquq yardım haqqında”, "Cinayət törətmiş şəxslərin verilməsi haqqında” qanunlara dəyişikliklər iclasin gündəliyinə salınıb.