Novruz Məmmədov “Şimal-Cənub” Nəqliyyat Dəhlizindən yazdı

"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olduğunu nümayiş etdirir”.

sabahinfo.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Facebook” səhifəsində yazıb. 

O bildirib ki, bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil. 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında üçtərəfli formatın tərkibinin dəyişərək daha bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna biləcəyini bildirib.