Prezident İlham Əliyev Almaniyada bir sıra görüşlər keçirib - FOTO

sabahinfo.az  AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırdı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verdi.

X X X

sabahinfo.az  AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da Berlində "Airbus Group" şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Airbus Group" şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Airbus Group" arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Almaniyada bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO