“Prezidentimizin ətrafında yumruq kimi birləşməliyik”

"Xocalı soyqırımı XX ərsdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biridir”. Bunu 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılova deyib. Onun sözlərinə görə, ermənilər tarix boyu xalqımıza qarşı soyqırım və işğaçılıq siyasəti həyata keçiriblər. Bu siyasətin ən pik nöqtəsi isə Xocalı soyqırımıdır. Çünki, Xocalıda silahsız və günahsız insanlarla yanaşı körpə uşaqlar və qadınlara qarşı xüsusi amansızlıq edilib. Onlara işgəncə verilib.

Millət vəkili qeyd edir ki, Xocalı faciəsi ilə bağlı dünyada apardığımız təbliğat işi nəticəsində bugün bir sıra dünya dövlətləri bu hadisəni şiddətli şəkildə qınayır. Çox təəssüf ki, Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması isə Azərbaycanın hər tərəfli inkişafı ilə yanaşı Xocalı soyqırımına da hüquqi qiymət verilməsinə gətirib çıxardı. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir : " ...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı. Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki: "Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi kimi bəyan olunmalıdır.Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırım aktı pislənmişdir. Millət vəkili onu da qeyd edir ki, bugün prezident İlham Əliyev ümummillli ldierin qoyub getdiyi siyasi kursu uğurla davam etdirir. Azərbaycanın iqtisadi qüdrəti ötən illərlə müqaisədə əhəmiyyətli dərəcədə artıb. Artıq Azərbaycan bir sıra beynəxlalq tədbirlərə ev sahibliyi edir, beynəlxalq layihələrin əsəs tərəfdaşıdır və eyni zamanda ölkəmizdə bərqərar olan sabitlik ABŞ və Rusiya kimi nəhəng dövlətlərinin generallarının məhz Bakıda görüşüb müzakirə aparmasını zərurətə çevirdi. Bütün bunların fonunda prezident İlham Əliyevin ən ündə siyasəti Dağlıq Qarabağ münaqişəsinin həlli, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlara hüquqi qiymət verilməsidir. Bu yöndə həyata keçirilən işlər Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən " Xocalıya ədalət!” Beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur. Avropa, ABŞ və digər ölkələrdə həyata keçirilən uğurlu təbliğat nəticəsində artıq ermənilərin iç üzü açılıb, onların necə vəhşi, sadə, silahsız insanlara, qadın və uşaqlara qarşı törətdikləri cinayət barəsində ətraflı məlumat verilib. İndi artıq dünya ictimayyəti erməni yalanlarına inanmır. Bu özünü Ermənistanıpn beynəlxalq nüfuzunun zəifləməsində daha qabarıq göstərir. Millət vəkili onu da deyir ki, artıq Xocalı soyqırımı ilə bağlı göz yaşı axıtmaq yox, Dağlıq Qarabağa qayıdış haqqında düşünmək, bu yöndə ciddi iş aparmaq lazımdır. "Biz inanırıq ki, AZERBAYCAN ordusunun ugurlu aprel əməliyyatı nəticəsində Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndinin düşməndən azad olunduğu kimi Dağlıq Qarabağ da bir gün düşmən tapdağından azad olunacaq.

Biz orda bugün Cocuq Mərcanlıda həyata keçirilən uğurlu infrastruktur layihələrini reallaşdıracayıq və vətəndaşlarımızın Dağlıq Qarabağda rahat, firəvan yaşayışını təmin edəcəyik. D.Cəbrayılova sonda onu da vurğuladı ki, Xocalının timsalında Azərbaycanın haqq səsinin dünya ictimayyətinə çatdırılması işində bütün gücümüzü səfərbər etməli və prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməliyik.