Robert Sekuta Tofiq Yaqublu ilə görüşdü

Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzNews.az-a T.Yaqublu özü məlumat verib. O bildirib ki, Sekuta ilə görüş onun istəyi nəticəsində baş tutub:"Görüşdə ölkədəki ümumi vəziyyət, son günlər cəbhə bölgəsində baş verən hadisələr, ABŞ-Azərbaycan münasibətləri haqqında fikir mübadiləsi apardıq”.