Şahin Mustafayev Belarusa səfər edəcək

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarını təmsil edən şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti dekabrın 15-17–də Belarusda səfərdə olacaq.

 

İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, biznes dairələrin iştirakı ilə işgüzar görüşlər keçiriləcək.