SOCAR "Petkojen" layihəsinin icrasını təxirə salıb

İzmir. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Turkey Energy" "Petkojen" (kogenerasiya qurğusu) layihəsinin icrasını təxirə salıb.

 

"APA-Economics" xəbər verir ki, bunu "Petkim Petrokimya Holding A.Ş."-nin baş icraçı direktoru Anar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, layihənin texniki səbəblərdən təxirə salınıb: "Lakin layihənin yenidən gündəmə gətirilməsi istisna deyil".