TÜRKPA Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək

TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

TÜRKPA-dan bildiriblər ki, Türkdilli ölkələrin Parlament Assambleyasının Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentarilərindən ibarət müşadəçi missiyası iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər missiyasının Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Zühtü Arslan, Türkiyə xarici işlər nazirinin müavini Naci Koru ilə görüşləri nəzərdə tutulub.

Seçki günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra səsvermə məntəqələrini ziyarət edəcək.

Türkiyədə keçiriləcək parlament seçkilərinin missiya tətəfindən qiymətləndirilməsinə dair mətbuat konfransı 8 iyun 2015-ci ildə keçiriləcək.