"Bu, açıq-aşkar qul əməyidir" - Deputat

"İş yerlərində vətəndaşlarla müddətli müqavilə bağlanmır".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, cənub bölgəsində təsərrüfat işləri ilə məşğul olan xanımlara gününə 8 manat maaş verirlər: "Onlar səhər tezdən axşama kimi işlədilir və ayrılan 8 manat maaş ay sonunda minimum əməkhaqqına belə çatmır".

Deputat vurğulayıb ki, bu, açıq-aşkar qul əməyidir: "Daha sonra isə onlarla müddətli müqavilə bağlanmadığı üçün bu, pensiyaya da pz təsirini göstərmiş olur. Bu problemin həlli istiqamətində işlər görülməlidir".