Bu, sahəvi jurnalistikanın inkişafına töhfə verəcək 

"Bu, media nümayəndələri ilə 5-ci görüşümüzdür".  Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov deyib.  O qeyd edib ki, budəfəki təlimin fərqi onun MEDİA ilə birgə təşkil olunmasıdır: "Gömrük spesifik sahə olduğu üçün ümidvarıq ki, bu tədbir sahəvi jurnalistikanın inkişafına töhfə verəcək. Bu işdə bizə yardımçı olan Medianın İnkişafı Agentliyinə təşəkkür edirik".