Vergilər üzrə tapşırıq necə icra olunub?

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295  milyon 813  min manat vəsait ödənilib və Nazirlik üzrə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.

VN-dən onu da bildiriblər ki, cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb.