“Caliber”: “Sərhəddə nəzarət-buraxılış məntəqəsi - xalqın səsi!” - VİDEO

Avropanı (sonradan başqa qitələrə də yayıldı) “Fridays for Future” - “Gələcək üçün cümələr” hərəkatı bürüyəndə dünya siyasətçiləri iqlim dəyişikliyinə laqeyd qalmayan məktəblilərə və tələbələrə öz heyranlıqlarını gizlətmirdilər. 15 yaşlı Qreta Tunberq hətta “Nobel” sülh mükafatına iki dəfə namizəd olub.

Avropa və okeanətrafı ölkələrdə göy qurşağı rənglərində bayraqlarla yürüş, feminist hərəkatlarına və eynicinsli nikahlara dəstək aksiyaları, nudistlərin veloyürüşləri və s. fləş-moblar artıq nəinki heç kimi narahat etmir, hətta cəmiyyətlərin tolerantlığı səbəbindən belə tədbirlər ölkələrin qürur mənbəyi sayılır. Hətta ölkələrdə terror təşkilatları kimi tanınan qurumların liderlərinin portretləri, simvolları ilə keçirilən yürüşlərə elə həmin ölkələrin hüquq mühafizəçiləri müdaxilə etmir, hökumət rəhbərləri isə belə aksiyaları söz və sərbəst toplaşma azadlığı kimi qələmə verirlər. Necə deyərlər, sizin ölkə, sizin qanunlar...

Amma Azərbaycanın ekoloji fəalları evlərindən çıxaraq təmiz hava, təmiz su və uşaqlarının gələcəyi üçün hüquqlarını tələb edəndə dünənə qədər “Fridays for Future” hərəkatını tərifləməkdən yorulmayan həmin ölkələr Azərbaycan hökumətindən humanitar aksiyaları dağıtmağı tələb etməyə başladılar.

Daha ətraflı - “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti analitik buraxılışında: