Çay bazarında problem-RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb. SABAHİNFO.AZ xəbər verir ki,  araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC və “Best-Tarım” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, Dövlət Xidməti araşdırma apararkən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına əsaslanır.