Cəbi Quliyev: “Azərbaycanla Türkmənistan arasında əldə olunan tarixi uğur”- MÜSAHİBƏ

Milli Məclisin deputatı Cəbi Quliyev SABAHİNFO.AZ  saytına müsahibə verib. O müsahibəsində Azərbaycan və Türkmənistan arasında əldə olunan razılaşma, Nizami Gəncəvi ilinin əhəmiyyəti və digər məsələlərə aydınlıq gətirib.

 

-Hörmətli Cəbi müəllim. Azərbaycanla Türkmənistan arasında uzun illərdir mübahisə predmeti olan “Kəpəz” yatağının birgə işlənməsinə dair razılaşma əldə olundu. “Dostluq” adlandırılan yataq üzrə birgə əməkdaşlığa dair sənəd imzalandı. Bu sənədin əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

-İmzalanan bu sənəd taraxi əhəmiyyətə malikdir. Bildiyimiz kimi Xəzər dənizində yerləşən “Kəpəz” yatağı ilə bağlı iki ölkə arasında soyuq münasibət formalaşmışdı. Türkmənistan bu yatağın onlara aid olduğunu iddia edirdi. Bu yöndə uzun müzakirələr aparılırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu  siyasət nəticəsində Azərbaycan və Türkmənistan arasında mühüm razılaşma əldə olundu. Bu tarixi nəaliyyətdir. “Dostluq”  yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ümumilikdə Azərbaycan və Türkmənistan münasibətlərində yeni səhifə açacaq. Bu eyni zamanda gələcək perspektivləri özündə ehtiva edir. Belə ki, yaxın gələcəkdə Türkmənistan qazının Avropaya nəqli üçün trans Xəzər layihəsinin reallaşması, Xəzərin dibi ilə yeni qaz boru kəmərinin çəkilməsi kimi layihələri gündəmə gətirir.

 

-Cəbi müəllim bildiyiniz kimi 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ypndə fikirləriniz oxucularımız üçün maraqlıdır.

 

-2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması cənab Prezidentin Azərbaycan ədəbiyyatına, görkəmli mütəfəkkirimizə verdiyi dəyərin göstəricisidir. Hazırkı şəraitdə Nizami yaradıcılığının təbliği, öyrənilməsi və gənc nəsillər çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Nizami Gəncəvi zamanının dahi şəxsiyyəti olub. Onun ədəbi irsimizin formalaşmasında mühüm rolu var. Təkcə Xəmsə ilə deyil. Mütəfəkkir fikirləri, yaradıcılığı və bir ədib kimi Azərbaycan ədəbiyyatında oynadığı rol Nizami yaradıcılığının zənginliyindən xəbər verir. Bildiyiniz kimi 2019-ci il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdu. Bu yöndə müxtəlif tədbirlər keçirildi. Ümumilikdə belə bir addımın atılması Azərbaycanın zəngin ədəbi irsinin daha da zənginləşməsinə xidmət edir.

 

-2021-ci ili həm də Qarabağa qayıdış ili kimi dəyərləndirirlər... 

 

-44 günlük Vətən Müharibəsindən sonra Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuz yeni tarix yazdı. Qələbə ilə yekunlaşan bu tarixi Azərbaycan xalqı uzun illərdir gözləyirdi. İndi hamı bu sevincin işindədir. İstər Azərbaycanda yaşayan vətəndaşlarımız, istər ölkəmizdən kənarda olan soydaşlamız inanın hamının sevincinin həddi-hüdudu yoxdur. Mənim xarici ölkələrdə yaşayan dostlarım var. Onlarla danışanda bu yöndə ürək dolusu danışırlar. Deyirlər ki, artıq biz qalib xalqıq və bunu bütün dünya bildi. Artıq bizə kimsə sizin torpaqlarınız işgal altındadır deyə bilmir. Onların sözlərinə görə əldə edilən qələbədən sonra dünya xalqlarının azərbaycanlılara baxışı dəyişib. Bu hissləri sözlə ifadə etmək təbii ki çətindir. Bəli biz qayıtdıq. Cənab Prezident Şuşaya səfər etdi. Bu səfər xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident Şuşada verdiyi bəyanatlardan da aydın görünür ki, qısa zamanda bütün işğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək. Orada həyat qaynayacaq. Təbii ki, Azərbaycan xalqı o günü səbirsizliklə gözləyir.

 

-Pandemiya ilə mübarizədə aktiq yeni dövrə qədəm qoyulub. Vaksiniya başlayıb...

 

-Mən bir məsələyə diqqət yönəltmək istəyirəm. Baxın dünyanın əksər ölkələri hələ də COVİD-19 pandemiyasından ciddi əziyyət çəkir. Ölüm halları çoxalıb. Ancaq Azərbaycanda fərqli mənzərə var. Ümumən pandemiya başlanan dövrdən bu günə qədər həyata keçirilən uğurlu siyasət nəticəsində bu yöndə ciddi nəaliyyətlər əldə olundu. Azərbaycan vaksiniyanı başladan ölkələr arasında ilk sıralarda yer alır. Bəli indi bu prosesə stasrt verilib. Düşünürəm ki, hər kəs prosesdə iştirak etməli və dövlət tərəfindən onlara yaradılanm imkanları dəyərləndirməlidir ki, COVİD-19 problemi tezliklə aradan qalxsın.

 

Ədil Ədilzadə