Cəlillabadda 41 yaşlı kişi bıçaqlandı

Cəlillabad sakini həmkəndlisini bıçaqlayıb.

Sabahinfo.az xəbər verir ki, hadisə Cəlayir kəndində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Ramil Aslanov həmkəndlisi və yaşıdı olan Rahib Aslanlını aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.