Deputat rezidentlərin xaricə getməsinin səbəbini açıqladı

"Bu gün xəstəxanalarda çalışan rezidentlərə verilən 350 manatlıq vəsait əslində əməkhaqqı yox, Prezidentin onlar üçün ayırdığı təqaüddür. Bu da onların təhsil prosesinə görə verilir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, deputat Rəşad Mahmudov deyib.  

“Həmin rezidentlərlə xəstəxanalarda işləməsi üçün əmək müvaqviləsi bağlanmalıdır. Əmək Məcəlləsininin tələbinə uyğun olaraq da onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu gün bunlar edilmədiyindən həmin rezidentlər özlərinə üfüq açmaq üçün xaricdəki proqramlara baş vururlar” – deputat qeyd eidb.