Deputat təklif verdi-SABAHİNFO araşdırdı

Olimpiya Komplekslərinin saxlanması ciddi problemə çevrilib

2023-cü il büdcə müzakirələrində bir sıra maraqlı təkliflər səsləndirildi. Bu təkliflər arasında regionların inkişafına hədəflənən, ölkədə idmana yatırılan sərmayyənin daha səmərəli olması istiqamətində atılmalı olan addımlar daha diqqət çəkiçi idi.

Şirvandan deputat seçilən İltizam Yusifov 5 dəqiqəlik çıxışı zamanı məhz bu məsələyə toxunub. Deputat təmsil etdiyi Şirvanda idmanın inkişafı ilə bağlı atılan addımları təqdirəlayiq hesab edib və bir sıra təkliflər səsləndirib. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin tikilmiş idman qurğularının fəaliyyətinin təftiş edilməsini ilə bağlı haqlı iradını nəzərinizə çatdıraraq Şirvanın yarımçıq qalmış Mərkəzi stadionu ilə bağlı məsələyə toxunmuşdum: “Yaxın gələcəkdə yarımçıq qalmış Şirvan şəhər Mərkəzi Stadionun tikintisi məsələsi tam olaraq öz həllini tapacaqdır. Lakin böyük investisiyalar hesabına tikilmiş mövcud idman qurğularının, o cümlədən Olimpiya İdman Komplekslərinin fəaliyyətinində də problemlər var. Komplekslər müəyyən səbəblər üzündən özlərini tam maliyələşdirə bilmirlər. Hesab edirəm ki, komplekslərin normal fəaliyyəti üçün konkret işlək mexanizm tətbiq edilməlidir”.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bu gün bir sıra rayonlarda tikilən Olimpiya Komplekslərinin fəaliyyəti qənaətbəxş deyil. Buna görə də, region gəncləri Kompleksin fəaliyyətindən tam yararlana bilmir. Halbu ki, dövlət büdcəsində idman qurğularının tikintisi ilə yanaşı onların saxlanmasına dair vəsait nəzərdə tutulur. Bu vəsait həm işçi kontingenti həm də maddi texniki bazanın qorunmasına yönəldilir.

SABAHİNFO.AZ olaraq internet üzərindən apardığımız araşdırmalar onu deməyə əsas verir ki, yerli vətəndaşlar Komplekslərdə təşkil edilən idman növləri üzrə aylıq ödənişlərin çox olmasından şikayyətçidirlər. Eyni zamanda bu idman növləri üzrə yığılan vəsait Kompleksin saxlanması, idman qurğularının yenilənməsinı deyil, kimlərinsə maddi rifah halının yüksəldilməsinə xidmət edir.

SABAHİNFO.AZ saytı olaraq məsələni gündəmdə saxlayacaq və qarşı tərəfin fikirlərini işıqlandırmağa çalışacayıq.