Əfv Komissiyası növbəti müraciətlərə baxacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, indiyədək komissiyanın 2 iclası keçirilib və daxil olan müraciətlərin 200-dən çoxuna baxılıb.