Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı: “Təki reklamınız getsin” - VİDEO

Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Sabahinfo.az xəbər verir ki, aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüzmü?” deyə sual verib. Anar isə təəccübünü gizlədə bilməyib və “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının məlumatsızlığı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.

Sözügedən paylaşımları təqdim edirik: