Eko-aksiyanın 109-cu günü: Tələblər və şüarlar dəyişməzdir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyadan 109 gün keçir.

Aksiya gecə saatlarında da davam edib. İştirakçılar növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

İştirakçılar Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb